23 İyun 2016 11:50
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Estoniyanın baş naziri Taavi Roivasla görüşüb.

Teleqraf.com-un məlumatına görə, Estoniya baş nazirinin AŞPA üzvləri qarşısında çıxışından sonra onunla görüşən Qənirə Paşayeva qısa söhbət zamanı baş nazirə 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi, beynəlxalq təşkilatların bu istiqamətlərdə qətnamələrini yerinə yetirməkdən imtina etməsi, ön cəbhədə son vəziyyət barədə məlumat verib.

Deputat bildirib ki, azərbaycanlı köçkünlər Estoniyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə bu məsələyə ciddi diqqət yetiriləcəyini və onların öz evlərinə dönməsi istiqamətində səylərin daha da artacağına ümid edirlər. Qənirə Paşayeva deyib ki, azərbaycanlı məcburi köçkünlər öz evlərinə dönmələrini nəzərdə tutan AŞPA qətnamələrinin yerinə yetirilməsi istiqamətində Nazirlər Komitəsini Ermənistana təzyiq göstərməyə çağırır və bunu gözləyirlər.

Estoniyanın baş naziri isə bildirib ki, Avropa Şurası məkanında olan həllini tapmamış münaqişələr onların Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə diqqət mərkəzində olacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər