Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Almaniyanın ATƏT-dəki nümayəndəliyinin rəsmi Tvitter hesabında məlumat yerləşdirilib.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə olunub. Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Samir