Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin iclasında çıxış edən Q.Həsənquliyev M.Zaxarovanı ermənipərstlikdə ittiham edib. “Bu arvad özünün hansı post tutduğunu yadından çıxarıb. Mariya Zaxarova ermənipərəst adamdır. Onun belə əsəbi və qızğın olması Novruz Məmmədovun dediklərinin həqiqət olduğunu göstərir. Yeri gəlmişkən, qeyd edim ki, İrəvanda nasist generalına abidə qoyulan zaman həmin bu xanım erməni tərəfinin bu addımını anlaşılmaz olduğunu demişdi. Ancaq görünür ki, Azərbaycanla bağlı daha hirsli tonda açıqlama verir”.
Qeyd edək ki, Prezident Administrasiyasının nümayəndəsi Novruz Məmmədov prezidentlərin Sankt-Peterburq görüşündə münaqişənin mərhələli həll planını müzakirə etdiklərini deyib. M.Zaxarova isə bunu "ədalətsiz yanaşma" adlandırıb.
Nemət