Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın bütün tələblərinə cavab verəcək şəkildə tezliklə həllini arzu edir.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə baş direktoru Basat Öztürk deyib.
Onun sözlərinə görə, bu məsələdə Türkiyənin mövqeyi aydındır: "Biz həmişə Azərbaycanın yanındayıq və bu, tam və həqiqi dəstəkdir".
B.Öztürk qeyd edib ki, münaqişənin həlli bütün regiona fayda verəcək: "Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü müsbət amildir". (“Trend”)