“Ərdoğanın bu gün apardığı siyasətə baxanda insanın ürəyi ağrıyır, Türkiyə buna layiq deyildi. Adam İsrailə od püskürürdü - barışdı, anlaşdı, "Mən Rusiyadan üzr istəmərəm", deyirdi, bu gün üzr istədi”.
Teleqraf.com-un xəbərinə görə, bunu REAL-ın icraçı katibi Natiq Cəfərli bildirib.
N.Cəfərli əlavə edib ki, İsrail və Rusiya ilə barışmaq lazım idi, bunu biznes çevrələri tələb edirdilər: “Sadəcə ciddi siyasətçilər tez-tez "U" dönüşü etmirlər, etsələr də xarizmaları cızılır. Görünür, yayın qızmar çağında Türkiyə öz "Patriaxının" sərin "payızını" yaşayır...”.
Bəkir