“Ərdoğanın Putindən üzr istəməsilə bağlı bəzilərinin yazılarına təəccüb etməsəm də, təəssüfləndim. Yanaşmaları "məhlə uşağı" söhbətlərindən uzağa gedə bilməyib. Siyasəti anlamamaları bir yana, həyata baxışları da düzgün deyilmiş”.
Teleqraf.com xəbər verir ki, bunu REAL İdarə Heyətinin üzvü Erkin Qədirli bildirib.
E.Qədirli əlavə edib ki, tarixdə üzr deyil, təyyarənin vurulması hadisəsi qalacaq: “Üzr istəməyi alçalmaq kimi yozanlar varmış - "tüpürdüyünü yaladı", "Putin'ə baş əydi" və s. Bilin, yadda qalan Ərdoğanın üzr istəməsi deyil, Rusiyanın təyyarəsinin vurulması olacaq. Bundan sonra Rusiya biləcək ki, onun təyyarələri Türkiyənin üzərində vurula bilər. Siyasət belə olur. Buna görə üzr istəməyə dəyər”.
Bəkir