28 İyun 2016 16:24
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fərqi yoxdur üzr istəyib, ya təəssüfləndiyini bildirib. Təəssüfləndiyini bildirmək elə üzr istəməkdir. Söz oyunu oynamayaq. Hələ ətraflı rəsmi şərh yoxdur, amma mən təkzib gözləmirəm. Çünki təhrik edən məqamları çox yaxşı anlayıram”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan üzr istəməsini şərh edən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Fuad Çıraqov bildirib.

F.Çıraqov qeyd edib ki, məsələ, yaxud problem bu deyil: “Hamı bir məsələni yaxşı başa düşməlidir. Dünya tam dəyişib, dəyişir və dəyişərək proqnozlaşdırılması çətinləşən xaotik bir məkana çevrilir və çevriləcək.

Siyasətçilər və dövlətlər özlərini qorumaq və milli maraqlarını təmin etmək üçün bu xaosda siyasət qurmaqda çətinlik çəkə bilərlər. Ancaq bu nə dövlətə, nə də siyasətçiyə vektorsuz, ziqzaqlı proqnozlaşdırıla bilinməyən, emosional əsaslı siyasət yürütməyə bəraət qazandırmır. Problem siyasətin əsasında dayanan strateji düşüncə və bunun üzərində qurulan müəyyən vektorlu xarici siyasətdir. Bu vektor bəyənilə də bilər, bəyənilməyə də, düzgün və ya səhv ola və ya hesab edilə bilər. Baxın, məsələn ABŞ-da xarici siyasətin hər elementi ətrafında nə qədər dərin akademik müzakirələr və polemikalar gedir və nəticədə hər bir element necə rəndələnib istehsal olunur.

Yoxsa bir gün Ermənistanla sərhədləri açmaq istəyib, sonra geri çəkilmək, ya İsraillə münasibətiləri korlayıb, sonra barışmaq, ya da indi. Amma bu dəfə məsələ daha ciddidir. ABŞ-dakı seçkilərin nəticələri hazırkı hakimiyyətlə münasibətlərin necə qurulacağını müəyyən edəcək. Arada bir İrana, İsrailə və başqalarına baxıb öyrənsinlər...”

Səxavət


Müəllif:

Oxşar xəbərlər