“Türkiyədə terror törətmək Türkiyə-Rusiya və Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasını istəməməkdir. Terrorun hava limanında törədilməsi turizm sektorunun effektli fəaliyyətinə, ümumilikdə Türkiyə iqtisadiyyatına zərbədir. Bu isə onu sözəbaxan hala gətirmək deməkdir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq Xaləddin İbrahimli dünən İstanbulda Atatürk adına beynəlxalq hava limanında baş verən terror hadisəsini şərh edərkən deyib.
X.İbrahimlinin fikrincə, zərbə Rusiya və İsrailə deyil, birbaşa Türkiyəyə vurulur: “Bu kimə və kimlərə lazımdır? Bir az düşünən hər kəs cavabını tapacaq”.
Cavad