ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyunun 30-da Azərbaycana işgüzar səfər edəcək.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Frank-Valter Ştaynmayerin iyunun 30-da xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.
Səxavət