30 İyun 2016 14:37
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyası Türkiyədə baş verən qanlı terror nəticəsində həlak olanların ailələrinə və Türkiyə dövlətinə başsağlığı ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, ADP-nin Türkiyəyə dəstək məqsədilə göndərdiyi başsağlığında deyilir: “Azərbaycan Demokrat Partiyası Türkiyədə baş verən terror nəticəsində onlarla insanın faciəli şəkildə həlak olmasından və çoxlu sayda insanın ağır xəsarətlər almasından ciddi narahat olduğunu bildirir və bu qanlı terroru törədənləri, terrorun arxasında duran məkrli qüvvələri lənətləyir”.

ADP Türkiyə hökumətinin qanlı terror hadisəsindən sarsılmayacağını, istər daxildən, istərsə də xaricdən Türkiyəyə qarşı yönələn terror hadisələrinə qarşı mətinliklə sinə gərəcəyinə, Türkiyənin bütövlüyünü, demokratik quruluşunu qoruyacağına əmin olduğunu bildirib və Azərbaycan hakimiyyətini və xalqımızı terrora məruz qalan Türkiyənin yanında olmağa, terrorla mübarizədə qardaş ölkəyə hərtərəfli dəstək verməyə çağırıb.

Cavad


Müəllif:

Oxşar xəbərlər