"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndiriliməsi məsələsi dəqiqləşdirilmə mərhələsindədir".
Bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Ermənistan KİV-inə müsahibəsində bildirib.
O qeyd edib ki, bütün dəqiqləşdirilmələr başa çatdıqdan sonra ofis genişləndiriləcək: "Fikrimcə, bu çox vaxt aparmayacaq. Bu məsələnin detallarından asılıdır".
Qeyd edək ki, bununla da beynəlxalq vasitəçilər, o cümlədən ATƏT Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi istiqamətində real nəticə əldə etmək əvəzinə, Dağlıq Qarabağ bölgəsindəki təmas xəttində atəşkəsə nəzarət edəcək müşahidəçilərin sayını artırmağa nail olacaq. (“Report”)