Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılıya Ümid Partiyasında vəzifə verilib.
Teleqraf.com-un xəbərinə görə, Ümid Partiyasının sədri İqbal Ağazadə Ramin Hacılını özünə beynəlxalq münasibətlər və strateji məsələlər üzrə müavin təyin edib.
Qeyd edək ki, Ramin Hacılı “Dalğa” Gənclər Hərəkatının (Dalğa GH) təsisçilərindən biri və ilk sədri (2005-2006), 2006-cı ilin sentyabrından 2013-cü ilin sentyabrına kimi Demokratik İslahatlar Partiyasının (DİP) Gənclər Təşkilatının sədri və partiyanın Siyasi Şurasının üzvü olub. O, 2013-cü ildə Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə Ermənistanda keçirilən “Dağlıq Qarabağ münaqişəsinin həllində vətəndaş Cəmiyyətinin rolu” mövzusunda təşkil olunan müzakirələrə qatılıb. 2012-ci il 17 fevral tarixindən etibarən Azərbaycan Avropa Hərəkatının prezidentidir.
Qeyd edək ki, İ.Ağazadə iyunun 4-də 9 müavinindən 6-nın və partiyanın İcra Aparatı rəhbərinin tutduqları vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.
O, keçmiş silahdaşlarını 2015-ci il parlament seçkilərinə hesablanmış “125-lər klubu”nun üzvləri ilə əvəzləməyə üstünlük verir.
Xatırladaq ki, “125-lər klubu”ndan Tamilla Məmmədova Beynəlxalq şöbəyə, həmin klubun üzvlərinə yaxınlığı ilə seçilən Ramil Hacılı isə beynəlxalq münasibətlər və strateji məsələlər üzrə sədr müavini postuna rəhbərlik edəcək.
Kəmalə