AXCP sədri Əli Kərimlinin keçmiş müavini, “Xalq Arzusu” Hərəkatının lideri Asəf Quliyevin Amerikaya mühacirət etməsi haqda xəbərlər yayılıb.
Hələ bir müddət əvvəl onun Amerikaya getməsi haqda məlumat vermişdik. Hazırda isə Asəf Quliyevin mobil telefonuna zəng çatmır, sosial şəbəkələrdə ona yazılan suallara isə cavab vermir.
Teleqraf.com bu məsələni araşdırıb, Asəf Quliyevin yaxın dostları ilə əlaqə saxlayıb.
Adının çəkilməsini istəməyən şəxs bildirib ki, “Xalq Arzusu”nun rəhbəri Amerikaya mühacirətə getməyib.
Əksinə, aylar əvvəl Amerikaya səfər edib, bir müddət orada qalıb və yenidən vətənə dönüb. Bakıda bir müddət qaldıqdan sonra A.Quliyev yenidən Amerikaya getmək qərarını verib. Bəziləri hətta onun Amerikaya işləməyə getdiyini bildirir. Dostları isə qeyd edirlər ki, A.Quliyev yaxın dövrdə ölkəyə qayıdacaq.
Cavad