Moskvada yaşayan azərbaycanlı jurnalist, Türkiyənin “İhlas” Xəbər Agentliyinin Rusiya üzrə keçmiş müxbiri, hazırda İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov ermənlərin açıq təhdidləri ilə üzləşib.
Teleqraf.com-un məlumatına görə, jurnalist bu barədə özünün sosial şəbəkədəki hesabında yazıb. O qeyd edib ki, ermənilərin təhdidləri real xarakter almağa başlayıb. Soydaşımız bildirib ki, Feysbukda anonim mesajlardan doymayıb, şəhərdə qarşısını kəsərək açıq-açığa qoxutmağa çalışırlar: “Bu təhdidlərə qarşı qanun çərçivəsində nə edə bilərik?! Xahiş edirəm, Moskvadakı hüquqçu və ya vəkil dostlarımız mənə yazsınlar”.
F.Abbasov olayla bağlı Teleqraf.com-a əlavə məlumat vermək istəməyib. O, əvvəlcə hüquqçularla atılacaq addımlar barədə məsləhətləşmək istədiyini vurğulayıb.
Səxavət