4 İyul 2016 17:05
2 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əbülfəz Elçibəy hakimiyyətinin çökməsinin səbəblərindən biri də Yurd Birliyinin özünü buraxmaması, AXC daxilində gizli fəaliyyət göstərməsi olub”.

Teleqraf.com xəbər verir ki, bunu Müsavat Partiyasının Məclisinin üzvü Çingiz Əli sosial şəbəkədə yazdığı statusunda qeyd edib.

Qeyd edək ki, Məclis üzvünün bu açıqlaması onsuz da həssas mərhələdə olan AXCP-Müsavat münasibətlərinə heç də pozitiv təsir göstərmir.

Bu fikirləri aktiv müsavatçıların AXCP-də rəhbərliyi götürən Yurd Birliyinə qarşı hücumu kimi də qiymətləndirmək olar.

Çingiz Əli Feysbukda daha sonra qeyd edib ki, yurdçular hakimiyyətin yüksək eşalonunda təmsil olunan 16 nəfərdən ibarət, onlarla birlikdə olmayan adamların adlarını şərti adı “politbiro” olan bir siyahıda cəmləyərək birmənalı şəkildə onların işdən uzaqlaşdırılması və yurdçularla əvəzlənməsinə çalışırdılar: “Bunun üçün hər şey-şantaj, ələalma, gözdənsalma kimi vasitələrdən istifadə olunurdu. Axırda da Elçibəyin özünün başına bu oyunları açmağa başladılar”.

Cavid


Müəllif:

Oxşar xəbərlər