5 İyul 2016 11:55
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi eskalasiyanın xarakteri tammiqyaslı münaqişə təhdidinə işarə edir.

Bu barədə Beynəlxalq Böhran Qrupunun hesabatında deyilir.

Hesabatda deyilir: "Döyüşlərdə raket kompleksləri, ağır artilleriya, tanklar, pilotsuz uçuş aparatları və yaxşı hazırlanmış xüsusi təyinatlı qüvvələrdən istifadə edən Azərbaycan strateji vacib əraziləri qaytardı".
Hesabat müəlliflərinin fikrincə, Dağlıq Qarabağ münaqişəsində hərbi eskalasiyanın bərpa edilməsi aprel döyüşlərindən daha da dağıdıcı olacaq.

Hesabatda qeyd edilir ki, Rusiya bu münaqişədə özünü regional hakim kimi görür: "Türkiyənin isə Azərbaycanla hərbi əməkdaşlığı, vacib enerji tərəfdaşlığı və sıx siyasi və iqtisadi əlaqələri mövcuddur. Aİ Minsk qrupuna güclü siyasi dəstəyi davam etdirməlidir. Bundan başqa, Aİ gələcəkdə münaqişə həll olunduqdan sonra əhəmiyyətli ekspert və maliyyə töhfəsi verə biləcəyini də planlaşdırmalıdır".
Hesabat müəllifləri əlavə ediblər ki, Azərbaycanın işğal edilmiş ərazilərini qaytarmaq üzrə koordinasiya edilmiş fəaliyyətə mümkün qədər tez başlamaq lazımdır. (“Trend”)


Müəllif: