Politoloq Xaləddin İbrahimli Türkiyədə baş verən terror aktları, İŞİD-in Türkiyəni hədəfə almasının səbəbləri haqda danışıb.
Teleqraf.com xəbər verir ki, politoloq bildirib ki, Türkiyədə indi dinə heç zaman bu qədər yaxın olmayan iqtidar var: “Türkiyə Orta Şərqdə hərbi əməliyyatlar aparırmı, İŞİD-i bombalayırmı? Təbii ki, yox. Türkiyə bir xristian dövlətidirmi, məzhəbçi dövlətdirmi? Xeyr! Ancaq İŞİD-in yaranma və fəaliyyət fəlsəfəsinə görə, bu təşkilat məzhəbçiliyi körükləyən İrana, onun nəzarətində olan əraziləri bombalayan Rusiyaya, sionist İsrailə hücum etməli idi.
Deməli, ortada din, məzhəb amili yoxdur. İŞİD-in içində deyəsən, Türkiyədən başqa bütün maraqlı dövlətlərin dəstələri fəaliyyət göstərir. Həmin dövlətlərdə öz öz adamlarına pullarını verib işlərini gördürürlər-sadəcə dövlətlərin çoxu bir-birindən xəbərsiz öz dəstələrini Türkiyəyə qarşı yönəldirlər. Bu üzdən də terror aktlarının sayı çoxdur. Əks halda bir müsəlman və sünni çeçenin, özbəyin, hətta türkün Türkiyə ilə nə işi ola bilər ki? Müqəddəs bir ayda gəlib özünü məhv edir, günahsız insanları da həmçinin. Ortada bir İŞİD-Türkiyə və türk düşmənçiliyinin olması görünmür. Aydın görünür ki, düşmənçilik terrorçuları idarə edən ətrafdakı dövlətlərdən gəlir”.
Cavid