İsrail Knessetinin plenar iclasında qondarma "erməni soyqırımı"nın tanınması məsələsi səsverməyə çıxarılmayıb.
Bu barədə İyerusalimin erməni patriarxının diplomatı müqəddəs ata Koryun bildirib.
"Knesset məsələni müzakirə edib, lakin səsverməyə çıxarmayıb, çünki hökumət nümayəndəsi məsələni Təhsil Komissiyasında müzakirə etməyi təklif edib", - o qeyd edib.
Qeyd edək ki, bu məsələ əvvəllər də bir neçə dəfə Knessetdə qaldırılıb, lakin hər dəfə İsrail hökumətinin təklifi ilə səsverməyə qoyulmayıb və əlavə müzakirələr üçün Təhsil Komissiyasına qaytarılıb. ("Report")