7 İyul 2016 14:53
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Baş naziri Vladimir Qroysmanın Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilata – GUAM-a üzvü ölkələrin Kiyevdə akkreditə olunan səfirləri və qurumun baş katibi Altay Əfəndiyev ilə görüşü keçirilib.

Bu barədə GUAM-ın qərargahından məlumat verilib.

Görüşdə ölkəmizi Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev təmsil edib.
Səfirlər və baş katib qurumun cari inkişafı, müxtəlif istiqamətlər üzrə fəaliyyəti, təşəbbüs və perspektivləri barədə məlumat verərək bildiriblər ki, regional və regionlararası əməkdaşlığın, xüsusən nəqliyyat, iqtisadiyyat, ticarət və turizm sahələrində investisiyaların cəlb olunması üçün GUAM-ın və bütövlükdə regionun yüksək potensialı var.

Ukraynanın Baş naziri bu kontekstdə imzalanmış sənəd əsasında GUAM-a üzv ölkələr arasında azad ticarət zonasının tam fəaliyyətinin, habelə işgüzar təşəbbüslərdə sahibkarlıq fəaliyyətinin başlanılmasının önəmini bildirib. O, GUAM-ın İşgüzar Şurasının fəaliyyətini genişləndirmək üçün azad ticarət zonası çərçivəsində əlverişli biznes-məkanın formalaşdırılmasının vacib olduğunu qeyd edib. Baş nazir bu il GUAM ölkələrinin hökumət başçılarının görüşünün keçirilməsi təşəbbüsünü də irəli sürüb. Onun fikrincə, görüşdə bu və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə oluna bilər.

Görüşdə GUAM –ın başqa ölkələr və beynəlxalq qurumlar ilə əməkdaşlığı, habelə quruma üzvü olan ölkələr arasında ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən kleçirilib. (“Azərtac”)


Müəllif:

Oxşar xəbərlər