"NATO İŞİD-lə mübarizəyə, Rusiyaya və Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına qarşı tədbir görməlidir".
Teleqraf.com "Anspress"ə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama NATO sammitindəki çıxşında deyib.
ABŞ prezidentinin sözlərinə görə, İŞİD-in terror aktları, inqilabları NATO ölkələrində minlərlə günahsız insanların həyatına son qoyub: "Onlar Orlando şəhərindən tutmuş İstanbul, Brüssel, Paris kimi şəhərlərdə faciələr törədiblər. İŞİD-in münaqişəsinə görə, Suriya, Əfqanıstandan minlərlə miqrantlar Avropaya axışır. Rusiyanın Ukraynaya qarşı təcavüzü bizim Avropa üçün vahid, azad və sülh yaratmaq xəyallarımıza mane olur. Britaniyanın Aİ-dən çıxması xeyrinə səsvermə isə Avropa inteqrasiyasının gələcəyi ilə bağlı mühüm məsələləri ortaya çıxarır.
Mənim Varşavaya gəlib Aİ və NATO liderləri ilə görüşməyimin əsas səbəbi odur ki, biz ölkələrimizin siyasi iradəsini səfərbər etməli, təcili çağırışlara müqavimət göstərmək üçün konkret öhdəlikləri öz üzərimizə götürməliyik".
Bu gün Polşanın paytaxtı Varşavada 17 dövlət başçısının iştirakı ilə NATO sammiti başlayıb.
Polşa prezidenti Andjey Duda NATO-nun təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı danışıb.
NATO-nun Baş katibi Yens Stoltenberq çıxışında həlli uzadılmış münaqişələr, terrorizmə qarşı mübarizəyə toxunub.