8 İyul 2016 18:27
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel və mən Amerika xalqı adından Sizə və xalqınıza ən xoş arzularımızı yetiririk.

Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən güclü və fəal Amerika müsəlman icması sədaqət, mərhəmət və xeyirxahlıq üçün birləşirlər. Bu, elə bir zamandır ki, məscidlər, mədəniyyət mərkəzləri, şəhər meriyaları və dinlərarası icmalar öz qapılarını qonşularına, yaxınlarına və yoxsullara iftar süfrəsi, ümumi dəyərlər və qarşılıqlı ləyaqət üzrə dialoq üçün açırlar. Sözün qısası, Ramazan öz ümumi insanlığımız, ibadət və sülh barədə fikirləşmək üçün mühüm bir imkandır.

Qoy, qarşıdan gələn il Sizə sevinc və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!"


Müəllif:

Oxşar xəbərlər