“Pənah Hüseynə ünvanladığım suallara KXCP qərargahında Elşən Həşimov adlı şəxsdən utancverici və tərbiyəsiz cavablar gəlir. Əvvəlcədən də bir mənbədən xəbər gəlmişdi ki, Pənah Hüseyn mənə cavab vermək fikrində deyil. Ancaq indi aydın olur ki, elə həmin mənbəyə bu xəbəri deyən də budur. Demək adam ya Pənah Hüseynin tapşırığını yerinə yetirir, ya da ona öz nəzərincə “ayı xidməti” göstərir, yəni yararlanmaq, yaltaqlanmaq istəyir”.
Teleqraf. com xəbər verir ki, bunu jurnliats Sərdar Əlibəyli Feysbuk səhifəsində yayıb.
Jurnalist daha sonra qeyd edib ki, hər kəs öz adamına ağalıq etməlidir: “Pənah Hüseynin mənə deyəcəyi varsa, özünün buna imkanları ola bilər. Bizim danışmaq və ya görüşmək problemimiz heç vaxt olmayıb. Mirmahmud Mirəlioğlunun isə ümumiyyətlə, mənə deyəcək bir sözü olarsa, biz həmişəki kimi çox rahat telefonla danışa, görüşə bilərik. Bu mənada anlamıram ki, Elşən Həşimov kimin əlinə oynayır və nə istəyir? Bütün hallarda o nə Pənah Hüseynin stavka edəcəyi bir şəxs deyil, nə də Mirmahmud Mirəlioğluna saymamazlıq edəcək cəsarətə sahib deyil”.
Cavad