11 İyul 2016 15:05
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hələlik partiya sədrinin müavini, Məclis sədri və onun müavini təyinatlarına getmirik. Çünki hazırda biz dövlət qeydiyyatına alınmaq üçün sənədləri hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək işini aparırıq. Vaxtımız əsasən, buna gedir. Bu sənədləri hazırlayıb müvafiq struktura göndərdikdən sonra Ağ Partiyanın ilk Məclisi keçiriləcək, sədr seçiləcək. Bundan sonra isə müavinlər təyin olunacaq”.

Bunu Teleqraf.com-a Ağ Partiyanın sədri Tural Abbaslı deyib. Abbaslı partiyanın müavinlik strukturu haqqında da danışıb: “Ümumilikdə bəllidir ki, sədrin 5-6 müavini seçiləcək, eləcə də Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri və üzvləri müəyyən olunacaq, Məclisin sədri və müavini olacaq. Bizdə müavinlik xatrinə müavinlik institutu olmayacaq. Eyni zamanda təkliflərə əsasən komissiyalar yaradılacaq. Bundan başqa, qadınlar və gənclər qolları təsis ediləcək. Bunun üçün də addım atılır”.

Cavad


Müəllif:

Oxşar xəbərlər