“Ölkə başçısı hər zaman qeyd edir ki, hansı tribunadan istifadə ediriksə, mütləq Ermənistanın işğalçılıq siyasətini ifşa etməli və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmalıyıq”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin deputatı, politolq Elman Nəsirov deyib.
Deputat bildirib ki, bu nöqteyi-nəzərdən NATO tribunası unikal bir imkandır. Onun sözlərinə görə, Prezident İlham Əliyev bundan maksimum faydalanıb: “Azərbaycan Prezidentinin NATO-nun sammiti çərçivəsində keçirdiyi görüşlər, xüsusilə də ABŞ dövlət katibi Con Kerri ilə apardığı danışıqlar nəticə etibarı ilə Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Eyni zamanda Azərbaycanın üzləşdiyi işğal faktının aradan qaldırılması istiqamətində aparılan iş baxımından olduqca əhəmiyyətlidir”.
Səxavət