14 İyul 2016 12:24
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADR Hərəkatının üzvü Səxavət Əlisoy ad çəkməsə də, müsavatçıları ciddi tənqid edib.

Teleqraf.com xəbər verir ki, bu haqda sabiq müsavatçı Feysbuk səhifəsində yazıb.

Səxavət Əlisoy müxalifətdə “vicdan məhbusu” statusuna kimlər tərəfindənsə layiq görülənlərə bir neçə xatırlatması olduğunu bildirib: “Birincisi, özünüzü “Sovet İttifaqı Qəhrəmanı” kimi aparmayın.

İkincisi, bu xalq üçün əxlaqın prioritet olduğunu nəzərə alın.

Üçüncüsü, mənsub olduğunuz partiyada patronunuzun - sədrinizin kimliyi barədə düşünün.

Dördüncüsü, intiqam hissindən öncə Dövlətçiliyi düşünməyi bacarın.

Beşincisi, elə bilməyin ki, mənəviyyatdan uzaq olmaqla və qərəzçi etnikliçiliklə ikinci dəfə “Sovet İttifaqı Qəhrəmanı” tituluna layiq görülmək olar. Əslində, olar, bir şərtlə ki, Bakı ikinci dəfə rəsmən işğal olunsun. Əminliklə yazıram, arzunuz gözünüzdə qalacaq”.

Cavad


Müəllif:

Oxşar xəbərlər