“Azərbaycan Xalq Cəbhəsi Partiyasının hüquqi qeydiyyatı ilə bağlı heç bir məhkəmə qərarı yoxdur. Bu haqda şəxsən mənim özümdə belə yeni informasiya yoxdu”.
Bunu Teleqraf.com-a alternativ AXCP-nin sədri olduğunu bəyan edən Razi Nurullayev deyib. O, bildirib ki, əllərində olan sənəd və faktları məhkəməyə təqdim ediblər: “İndi biz nə deyə bilərik ki? Son sözü məhkəmə deməlidir. Hazırda gözləyirik. Biz məhkəmə instansiyalarını keçmişik. Hazırda iş Ali Məhkəmədədir”.
R.Nurullayev daha sonra qeyd edib ki, qarşı tərəfin iddiası üzrə keçirilən məhkəmə prosesindən məlumatsızdır.
Qeyd edək ki, bir qrup şəxs AXCP sədri Əli Kərimlidən narazılıq etdiyini dilə gətirərək qurultay keçirib və özlərini rəsmi AXCP adlandırıblar. Bundan sonra partiyanın hüquqi varisi və qeydiyyatı üstündə hüquq davasına başlanılıb.
Cavid