15 İyul 2016 10:04
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyir. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".


Teleqraf.com-un xəbərinə görə, bu barədə XİN-in mətbuat xidmətinin Nitsada törədilmiş terror aktı ilə əlaqədar mətbuata yaydığı açıqlamada bildirilib.

Açıqlamada deyilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir: "Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır".

XİN hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırıb.

Səxavət


Müəllif: