16 İyul 2016 11:45
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli Türkiyədə baş verən çevriliş cəhdini şərh edib.

Teleqraf.com xəbər verir ki, N.Cəfərli hadisələrin 4 yekun nəticəsini qeyd edib:

1. Türkiyədə xalq var, seçici var, vətəndaş var, onlara eşq olsun.

2. Türkiyədə seçilmişləri silahla devirmək kimi axmaqlıq daha keçməz, keçə bilməz.

3. Bir çoxları Ərdoğanın bundan sonra daha avtoritar olacağını yazır, Türkiyədə şəriət dövləti qurululacağını deyir, yanlış yanaşmadır, xalq buna imkan verməyəcək, Ərdoğan da 300 il yaşamayacaq, bəziləri deyəsen, bunu düşünərək fikir bildirirlər.

4. Bu hadisədən sonra Türkiyə dəyişəcək, amma müsbətə doğru, siyasilər də, cəmiyyət də Ərdoğana "borc" verdi, o da borcu qaytaracaq – ölkə daha da sivilləşəcək, daha demokratik olacaq, mən buna inanıram!”

Bəkir


Müəllif:

Oxşar xəbərlər