20 İyul 2016 01:50
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kurtlar vadisi” film və seriallarının istehsalçısı olan “Pana Film” şirkətinin təsisçisi Raci Şaşmaz çox sərt açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Türkiyədəki hərbi çevriliş cəhdinə yox deyən sənətçi və təşkilatdan biri də “Pana Film” oldu. Bəzi sənətçilər isə baş verənlərə biganə münasibət göstərdiklərinə görə tənqid olundular.

Bir zamanlar Polad Ələmdar rolunun gənclik illərini canlandıran, aktyor Necati Şaşmazın qardaşı Raci Şaşmaz sosial şəbəkədə paylaşdığı açıqlamasında biganəlik nümayiş etdirən sənətçilərlə işləməyəcəyini açıqlayıb:

“Çevrilişə açıq şəkildə qarşı çıxmayan, demokratiyadan yana qəti mövqe sərgiləməyən, FETÖ-nun qanlı çevrilişini və Türkiyənin gələcəyini çərçivələyən bu cür qruplaşmanı idrak etməyən heç bir aktyor və aktrisa ilə işləməyəcəm. Həmçinin digər istehsalçı şirkətlərlə işləməsinə mane olacam. Bütün yaradıcı heyət üzvlərindən bu mövzuyla əlaqədar qəti açıqlamalar verməsini istəyirəm”.

Bundan sonra “Pana Film” şirkətinin sonuncu layihəsi olan “Eşkiya dünyaya hükümdar olmaz” serialının yaradıcı heyəti sosial şəbəkə hesablarından video paylaşıb, çevriliş cəhdini pisləyiblər.

Pərvin


Müəllif:

Oxşar xəbərlər