26 İyul 2016 17:33
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Konstitusiyaya təklif olunan dəyişikliklər idarəetməni daha da təkmilləşdirəcək, hüquqların etibarlı təminatçısı olacaq”.

Bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, ölkəmizdə hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi istiqamətində islahatlar ardıcıl xarakter daşıyır: “İyulun 18-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı Sərəncam bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Layihədə idarəetmə sisteminin təkmilləşdirilməsi, hüquq və azadlıqların qorunması, hüquqlardan sui-istifadənin yolverilməzliyi, təhlükəsizliyin təmin olunması və digər məsələlər yer alıb. Bütövlükdə, konstitusiyaya dəyişikliklər zamanın tələbi olmaqla yanaşı, ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların davamı və tərkib hissəsidir”.

Sevinc Fətəliyevanın sözlərinə görə, demokratik ölkələrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində davamlı islahatların həyata keçirilməsi ənənəvi hal alıb: “Bu baxımdan, konstitusiya islahatları da bu sırada yer alır. Demokratik inkişaf modelinə malik olan Azərbaycanda da konstitusiyaya dəyişikliklərin edilməsi təqdirəlayiq haldır və bu, islahatlar siyasətinin tərkib hissəsi kimi xarakterizə edilir. Hesab edirəm ki, bu islahatlar Azərbaycanın milli gücünün daha da artmasına xidmət edəcək”.

Cavad


Müəllif:

Oxşar xəbərlər