26 İyul 2016 16:50
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin növbəti iclası olub.

Teleqraf.com xəbər verir ki, toplantı iştirakçıları ilk növbədə ADR Hərəkatının Gəncə-Qazax bölgəsində yerləşən yerli təşkilatları ilə keçirilən son görüşlərin nəticələrini müzakirə edib, bu bölgədə yeni təşkilatların formalaşdırılması, mövcud təşkilatların strukturlaşması və gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Bütövlükdə bu bölgə üzrə işlərin gedişi qənaətbəxş hesab olunub və rayon səfərlərinin digər bölgələr üzrə də davam etdirilməsi məqsəduyğun hesab edilib, növbəti səfər qrafiki müəyyənləşdirilib.

İctimai-siyasi və sosial-iqtisadi durumun müzakirəsi zamanı Azərbaycan Respubliakası prezidenti tərəfindən Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsi və ona Məhkəmənin 25 iyul 2016-cı tarixli iclasında verdiyi müsbət rəy geniş müzakirə olunub.

Cavad


Müəllif:

Oxşar xəbərlər