Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Azərbaycanda keçiriləcək referenduma hazırlıqla bağlı məsələ gündəmə gətirilib.
Teleqraf.com-un məlumatına görə, iclasda Mərkəzi Seçki Komissiyası bəzi normativ xarakterli aktlara dəyişiklikləri müzakirəyə çıxarıb. Məsələ ilə bağlı çıxış edən MSK katibi Arifə Muxtarova bildirib ki, referendumun hazırlanıb keçirilməsi üçün müvafiq normativ aktlara dəyişiklik edilməsi zərurəti yaranıb.
MSK 6 normativ xarakterli aktlara dəyişikliyi müzakirəyə çıxaraq qəbul edib.
Səxavət