3 Avqust 2016 13:18
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının başqanı Arif Hacılı müsahibəsində Milli Birlik Hərəkatının lideri, professor Lalə Şövkət Hacıyeva və AMİP lideri Etibar Məmmədov haqqında müəyyən fikirlər işlədib.

A.Hacılı İsa Qəmbərin aktiv siyasi fəaliyyət göstərməsi haqda sualı cavablandırarkən deyib ki, pis iş o olardı ki, İsa Qəmbər də Lalə Şövkət kimi kənara çəkiləydi, öz işləri ilə məşğul olaydı.

Lalə Şövkətin müavini, Liberal Partiyanın sədri Əvəz Temirxan Müsavat başqanının bu fikirlərinə münasibət bildirib: “Biz Arif Hacılının fikirlərinin tərəfimizdən şərh edilməsinə layiq bilmirik. Sadəcə olaraq bilmirik və bunun da səbəbini demirəm. Bu fikirlər şərhə layiq deyil”.

“Sizin susmağınız, konkret fikir bildirməməyiniz Arif Hacılının dediklərinin həqiqət olduğunu ortaya qoymurmu” sualına gəldikdə Əvəz Temirxan deyib ki, onlar bu məsələdə susmurlar: “Biz susmuruq, sadəcə hesab edirik ki, Arif Hacılının dediklərini şərh etməyə layiq görmürük”.

Əvəz Temirxan daha sonra bəyan edib ki, Lalə Şövkət siyasətdədir və bəzilərinin iddia etdiyi kimi siyasətdən çəkilməyib: “Lalə xanım hər zaman siyasətdə olub, bundan çəkilməyib. Siyasətdə indi daha çox analitika ilə məşğul olur. İndiyə qədər Lalə Şövkət iyirmidən çox islahatlar haqda proqram hzırlayıb. Lalə Şövkət siyasətdən kənarda boş vaxt keçirmir. Gündəlik olaraq Azərbaycanda, bölgədə və dünyada baş verən prosesləri diqqətlə izləyir, gündə 12 saat işləyir. Ancaq çoxlarından fərqli olaraq Lalə Şövkət həm də görüntü naminə ortada görünmək istəmir”.

Əvəz Temirxan daha sonra deyib ki, nə özünün sədri olduğu Liberal Partiyanın, nə də Lalə Şövkət Hacıyevanın Müsavat Partiyası ilə münasibətləri yoxdur: “Biz bu münasibətlərin olmasına da ehtiyac duymuruq. Hesab edirik ki, əslində, siyasət qalmaqal meydanı olmamaldır. Müsavatla heç bir münasibətimiz yoxdur, vəssalam. Üstəlik keçmişdə olan məsələlərə də qayıtmaq istəmirəm. Mən, ümumiyyətlə, Müsavatla münasibətlər məsələsini müzakirə etmək istəmirəm”.

Nemət


Müəllif:

Oxşar xəbərlər