3 Avqust 2016 19:05
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arif Hacılı ilə Rauf Arifoğlu davasına seyrçi qala bilmədim. Bəlkə də, siyasətçi üçün nala-mıxa vurmaq moddur deyə, elə başımı birtəhər girələyə bilərdim. İstəmədim. Mövqe sərgiləmək, həqiqəti demək və haqsızlığa uğrayanı müdafiə etmək elə əsl siyasətçinin işidir. Mən Rauf Arifoğlunun yanında olduğumu, onu müdafiə etdiyimi bəyan edirəm. Hörmətli Arif Hacılının isə çox böyük haqsızlıq etdiyini, Rauf Arifoğluna qarşı kinli və küdurətli davrandığını deyirəm”.

Teleqraf.com xəbər verir ki, bunu alternativ AXCP-nin sədri Razi Nurullayev son günlər Müsavat Partiyasının başqanı Arif Hacılı ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında müşahidə olunan qarşıdurmaya münasibət açıqlayarkən deyib.

R.Nurulayev bildirib ki, “Yeni Müsavat” qəzeti olmasaydı, Müsavat partiyası da indiki qədər tarixi yol keçə bilməzdi:

“Hörmətli İsa Qəmbərin xarizmasının, ağırbatmanlığının və div səbrinin nə qədər rolu olubsa, “Yeni Müsavat” qəzetinin də rolu bir o qədər, ya da daha çox olub. Çünki İsa Qəmbərin də vuran qolu, danışan dili və ən böyük təbliğatçısı “Yeni Müsavat” olub.

Hər zaman bu fikirdə olmuşam, Rauf Arifoğluna qarşı Əli Kərimli ilə bir yerdə olanda da fikrimi dəyişməmişəm, dəyişdirməyə də heç kimin gücü çatmayıb.

“Yeni Müsavat” qəzeti Azərbaycanın canlı tarixi olub. Qatarı tək çəkib, bu qatarın sükanında isə Rauf Arifoğlu olub. Xoşumuz gəldi-gəlmədi paxıllığa nə rəvac. Bu, həqiqətdir.

Digər yandan bu gün Rauf Arifoğlu mövqeyində radikallığı atıbsa, siyasətini mətbuata qurban veribsə, bunun birbaşa günahkarı elə Arif Hacılıvə sizin nəsil siyasətçilər deyilmisiniz? Neçə ildir siyasətdəsiniz, hanı nəticəniz? Əli Kərimliyə sevgi izhar etməklə, onu tanımaqla iş bitmir, heç o vecinə də almadı. Dediniz ki, haqqın yanındasınız. Haqq Əli Kərimlidirsə, gedin onun müavini olun. Müsavatı nə günə salmısınız?

Öldürüb diri-diri basdırmısınız. Hakimiyyətə gələydiniz, yeni era quraydınız, mükafatı da siz paylayaydınız. Amma siz indi intriqa, dedi-qodu, fəlakət və haqsızlıq dağarcığı paylayırsınız. Düşdüyünüz duruma təəssüf edirəm.

Rauf Arifoğlunun fikri ilə razıyam. Bişmiş bir siyasətçi qaynar qazanda yanırsa, demək o çiy imiş. Siz bişmiş siyasətçi olsaydınız, bir daha bişməyinizə ehtiyac duyulmazdı.

Qubad İbadoğlu ilə bağlı da fikirlərimi heç zaman aydın ifadə etməmişdim. Qubad İbadoğlu mübarizəsində haqlı olub. Bəlkə, bu gün başqan o olsaydı, Müsavat bu duruma düşməzdi. Müsavat Partiyasının Azərbaycan siyasətində dostu yoxdur. Arif Hacılı onu hamı ilə düşmən edib. Sonuncu nöqtəni Rauf Arifoğluna çamur ataraq qoydu. Çox təəssüf edirəm və əminəm ki, Əli Kərimli ilə bərabər, həm də Arif Hacılı siyasətdən geri çəkilsə, udan xalq olar. Getməyə cəsarət etməsələr də, göndəriləcəklər”.

Cavad


Müəllif:

Oxşar xəbərlər