4 Avqust 2016 17:44
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixail Kindsqrabı qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov Mixail Kindsqrabı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətarfında fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər