5 Avqust 2016 16:12
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar sentyabr 26-da keçiriləcək referendumla bağlı yaradılan “Yeni Azərbaycan” təşəbbüs qrupunun Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınması üçün Gəncə şəhərində imzatoplama kampaniyası uğurla həyata keçirilib.

Teleqraf.om-un məlumatına görə, vətəndaşlar imzatoplama kampaniyasında fəal iştirak ediblər. Bunun nəticəsində də Gəncə şəhərində keçirilən imzatoplama prosesi qısa müddətdə başa çatıb.
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında isə referendumla əlaqədar “Yeni Azərbaycan” təşəbbüs qrupunun Ağcabədi rayon şöbəsinin yığıncağı keçirilib.

Toplantıda seçki qərargahının üzvləri, həmçinin, “Yeni Azərbaycan” təşəbbüs qrupunun qeydə alınması üçün imza toplayacaq YAP fəalları iştirak ediblər.

Verilən məlumata görə, imzatoplama kampaniyası rayon sakinlərinin fəal iştirakı şəraitində uğurla davam edir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər