Azərbaycan və İran Rusiya üçün mehriban qonşu və mühüm tərəfdaşdır.
Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putun bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə deyib.
V.Putin deyib: "Bizim məhsuldar əməkdaşlıq təcrübəmiz var. Bu gün biz, sozsüz ki, münasibətlərdə yeni səhifə açır, üçtərəfli formatda qarşılıqlı fəaliyyətə start veririk".