9 Avqust 2016 12:18
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri çıxılmaz vəziyyətdə qalıb.

Teleqraf.com xəbər verir ki, partiya sədri Fuad Əliyevin yaşadığı binanın lifti on gündür ki işləmir.

ALDP sədrinin sözlərinə görə, liftin “katuşkası” oğurlanıb: “Bununla bağlı Xətai rayonunda yerləşən Lift Təmiri İdarəsinə, eləcə də Bakı Lift Təmiri İdarəsinə zəng etmişəm. Dünən Bakı Lift Təmiri İdarəsindən dedilər ki, təmir işlərini aparmaq üçün 97 manat pul ödəmək lazımdır. Ancaq binamızın sakinləri ilin sonuna qədər aylıq pulu ödəyiblər”.

Partiya sədri daha sonra qeyd edib ki, yaranan vəziyyətlə əlaqədar olaraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə əlaqə saxlamağa çalışıb.

Cavad


Müəllif:

Oxşar xəbərlər