“Türkiyə və Rusiya prezidentləri Ərdoğan və Putinin Sankt-Peterburqda müzakirə etmədiyi mövzu qalmadı. Bir il keçməz, Türkiyə-Rusiya münasibətləri təyyarə vurulmadan öncəki inkişaf dövrünə qayıdar. Hətta Putin daha da əlaqələrin irəriləməsi vaciblyini bildirdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlu əlavə edib ki, Ərdoğanın təklif etdiyi Türkiyə-Rusiya-Azərbaycan formatı da yerindədir: “Putinin bu təklifə münasibəti hələ bəlli deyil. Ankara Kremllə yanaşı Tehranla da münasibətləri inkişaf etdirmək istəyir. Ərdoğanın Sankt-Peterburqdan sonra Tehrana da səfər edəcəyini istisna etmirəm.
Bildiyim odur ki, Ərdoğanın nə ABŞ-a, nə də Avropa Birliyinin aparıcı dövlətlərinə hazırki şərtlər daxilində səfəri mümkün deyil. Bu gedişlə Vladimir Jirinovskinin “bölgədə güclü Rusiya-Türkiyə-İran-İraq birliyi formalaşacaq” təklifi reallıqdan uzaq deyil. Avropa Birliyi 53 il Türkiyəni aşağılanmış şəkildə qapıda gözlətdirdi, indi də illərin strateji müttəfiqi Amerika Türkiyənin terrorçu adandırdığı şəxsə müttəfiqinə ekstradisiya etmək istəmir. Belə olan halda da Türkiyə üzünü yaxın ətrafına çevirir”.
Bəkir