Avqustun 8-də Təl-Əvivdə İsrailin keçmiş prezidenti və parlamentin sabiq spikeri Dalia İtzik, avqustun 9-da isə İsrailinin sabiq baş naziri, keçmiş müdafiə naziri Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini və baş katibin müavinini qəbul edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşlərdə martın 10-11-i tarixlərində Bakıda təşkil olunmuş IV Qlobal Bakı Forumunun nəticələri və əhəmiyyəti müzakirə olunub. O cümlədən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, təşkil etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşlərdə 2017-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan ənənəvi Qlobal Bakı Forumuna hazırlıq məsələləri və Forumun işini təşkil edəcək mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan sabiq prezident Dalia İtzik 2015-ci ildə Bakıda keçirilmiş III Qlobal Bakı Forumunda, sabiq baş nazir Ehud Barak isə I, II və IV Qlobal Bakı Forumlarında iştirak edib.
Səxavət