12 Avqust 2016 16:02
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Beynəlxalq Gənclər Günüdür. Azərbaycanda ölkə əhalisinin 67 faizini gənclər təşkil edir. Ölkəmizdə 300-dək gənclər təşkilatı fəaliyyət göstərir. Gənclər dövlətin diqqət və qayğısı ilə əhatə olunublar”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin deputatı Azər Badamov bildirib.

Onun sözlərinə görə məhz bunun bariz göstəricidir ki, Azərbaycanda Gənclər Günü 1997-ci ildə təsis olunduğu halda beynəlxalq səviyyədə 1998-ci ildən qeyd olunmağa başlanıb: “Gənclərin inkişafı və cəmiyyətdə rolunu artırmaq məqsədilə bir sıra dövlət proqramları qəbul olunub. Sevindirici haldır ki, Azərbaycanda fəxr edəcək və ölkənin gələcəyini etibar edə biləcək gənc nəsil yetişib. Gənclərimiz nəinki ölkəmizdə uğurla çalışırlar, həm də ölkəmizi xaricdə, beynəlxalq arenalarda layiqincə təmsil edirlər”.

Deputat sonda gənclərə təbriklərini çatdırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər