12 Avqust 2016 16:50
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Azərbaycandakı səfirliyi yeni səfir müavini Uilyam Gilin Azərbaycanda fəaliyyətinə başlamasını bəyan edir”.

Bu barədə Teleqraf.com-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, ABŞ Dövlət Departamentində 1995-ci ildən çalışan U.Gil ABŞ-ın Diplomatik Xidmət İdarəsinin karyera əməkdaşıdır.

Bakıya gəlməmişdən öncə o, Vaşinqtonda İnsan Resursları Bürosunda inkişaf məsələləri üzrə əməkdaş kimi çalışıb. U.Gil 2011-2013-cü illərdə Qərbi Avropa məsələləri üzrə şöbənın direktor müavini və müvəqqəti direktoru işləyib. 2007-2011-ci illərdə Milanda ABŞ konsulu, 2005-2007 illərdə isə Beyrutda ABŞ-ın konsulu kimi çalışaraq 2006-cı ilin iyul-avqust müharibəsi zamanı 15 min amerikalının təxliyə əməliyyatını əlaqələndirib. U.Gil həmçinin Hindistan və Mərəkeşdə də fəaliyyət göstərib.

Diplomat Uilyam və Meri Kollecinin tarix üzrə bakalavr dərəcəsini alıb. O, Virciniya ştatında anadan olub və fransız, Azərbaycan, italyan və ərəb dillərində danışır.

Qeyd edək ki, səfirin əvvəlki müavini Derek Hoqan olub. Robert Sekuta səfir təyin oluanadək o, səfirin səlahiyyətlərini icra edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər