15 Avqust 2016 11:50
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda gənclər siyasətinin kifayət qədər hüquqi bazası vardır. Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi-mədəni inkişafı ilə sıx əlaqədardır. Gənclər siyasətinin əsas istiqamətləri gənclər siyasəti haqqında qanunla belə müəyyənləşdirilib: “Gənclərin mənəvi əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gəncləri sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət qayğısı və gənclər təşkilatlarına dövlət yardımı”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

O, əlavə edib ki, gənclərlə bağlı 2005-2009 və 2011-2015 illər dövlət proqramlarını, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasını xüsusi qeyd etmək lazımdır: “Bu gün Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu gənclər təşkilatlarına qrant ayırmaqla yanaşı, dünyada yeganə olaraq fərdi gənclərə də layihələrini həyata keçirməyə vəsait ayırır. Bütün bunlar Azərbaycan dövlətinin Azərbaycan gəncinə qayğısıdır”.

Cavad


Müəllif:

Oxşar xəbərlər