16 Avqust 2016 13:28
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanda keçirilən Turan Qurultayının bağlanış mərasimində çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva “On minlərlə macar insanını, türk dövlətləri və türk dünyasının müxtəlif bölgələrindən gəlmiş ictimai-siyasi xadimləri, alimləri, ziyalıları, QHT və KİV rəhbərlərini, mədəniyyət xadimlərini Azərbaycandakı qardaş-bacılarınız adından salamlayıram” deyib.

Teleqraf.com-un məlumatına görə, macar xalqının türk xalqları ilə yaxınlığı barədə çıxış edən Q.Paşayeva Azərbaycanın və türk dünyasının böyük şəxsiyyətlərindən olan Əli Bəy Hüseynzadənin hələ XIX əsrin sonunda yazdığı “Turan” şeiri barədə danışıb və Azərbaycan xalqının macar xalqı ilə, Macarıstanla əməkdaşlığa hər zaman böyük önəm verdiyin vurğulayıb.

Q.Paşayeva çağırış səsləndirərək “birlik və bərabərliyimizi gücləndirməyimiz çox önəmlidir deyib” və vurğulayıb ki, daha da güclənməyimizin yolu sadəcə bundan gedir: “Hazırkı dünyada hamımızın bu birliyə və gücə ehtiyacımız var. Birlikdə bizə qarşı ədalətsizliklərə qarşı da daha güclü mübarizə apara bilərik”.
Deputat Turan Qurultayının da gənclərimizin məhz bu ruh və düşüncəyə sahib olması üçün keçirildiyini deyərək macar və türk dünyası aydınlarını Azərbaycana gəlməyə, görməyə və toplumlarına daha geniş anlatmağa dəvət edib.

Turan Qurultayının təşkilatçısı Macar Turan Vəqfinin rəhbəri Andraş Biroya bu cür önəmli tədbiri təşkil etdiyi üçün Azərbaycan nümayəndə heyəti adından təşəkkür edən Q.Paşayeva çıxışını Azərbaycan və macar dilində “irəli Azərbaycan, Macarıstan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, KKTC və bütün türk toplumları, irəli Turan. Birliyimizi, bərabərliyimizi daha da gücləndirmək üçün hamınıza uğurlar diləyirəm” deyərək bitirib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər