17 Avqust 2016 12:18
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referenduma Rusiya Federasiyasında dəstək tədbirlərinə start verir.

RAGB-ın idarə heyətindən Teleqraf.com-a verilən məlumata görə, referendumu dəstəkləmək üçün Moskvada və Sankt-Peterburqda “Azərbaycanda Konstitusiya islahatları” mövzusunda “dəyirmi masa”lar keçiriləcək.
Tədbirlər çərçivəsində ekspertlərin, diplomatların, ictimai xadimlərin, habelə diaspor və gənclər təşkilatlarımızın nümayəndələrinin çıxışları planlaşdırılır. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının müzakirəsinə hüquq institutlarının tələbələri, politoloq və iqtisadçılar dəvət edilir.

Tədbirlər sentyabrın birinci yarısında keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər