17 Avqust 2016 13:16
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Qənirə Paşayeva Macarıstanda Turan Qurultayı çərçivəsində qurultayın keçirildiyi Buğaç meydanında Azərbaycanla bağlı konfrans keçirib.

Teleqraf.com-un məlumatına görə, öncə Azərbaycanın qədim tarixi barədə məlumatlar verən Q.Paşayeva bütün müsəlman şərqində ilk parlamentli demokratik respublikanın Azərbaycanda qurulduğunu, müsəlman şərqində Azərbaycanın qadınlara ilk dəfə seçmək və seçilmək haqqı verən ölkə olduğunu deyib.

O bildirib ki hətta bəzi Qərb ölkələrindən də öncə Azərbaycan qadınları bu haqlara malik olub. Azərbaycan mədəniyyyəti haqqında da geniş çıxış edən millət vəkili Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti, bütün müsəlman şərqində ilk operanı yazan Üzeyir Hacıbəyli, müsəlman şərqində ilk opera yazan qadın Şəfiqə Axundova, Azərbaycanın zəngin muğam və saz musiqisi barədə də geniş söhbət açıb.

Azərbaycan-Macarıstan münasibətlərindən danışan Q.Paşayeva Azərbaycanın və türk dünyasının böyük şəxsiyyətlərindən Əlibəy Hüzeynzadənin macarlara ithafən XIX əsrin sonunda yazdığı “Turan” şeiri barədə danışıb və iki qardaş xalqın ortaq köklərini xüsusi vurğulayıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Macarıstanla əməkdaşlığın inkişafına verdiyi önəmdən danışan millət vəkili bu istiqamətdə əldə olunana uğurlar barədə də danışıb və əməkdaşlığımızı daha da genişləndirmək üçün böyük potensial olduğunu vurğulayıb. Tədbir iştirakçılarını Azərbaycan dəvət edən millət vəkili “qardaş Macarıstandan daha çox turist gözləyirik” deyib və Azərbaycanın turizm imkanları barədə məlumatlar verib. Azərbaycanda müxtəlif xalqlar və dini icmalar arasında çox gözəl münasibətlər olduğunu deyən Q.Paşayeva ölkəmizdə multikulturalizmə verilən böyük önəmdən də danışıb və bu istiqamətdə həyata keçirilən yerli və beynəlxalq layihələri vurğulayıb. Qarabağ problemi, Ermənistanın işğal etdiyi torpqlarımız barədə çıxış edən millət vəkili tədbir iştirakçılarını Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıb.

Millət vəkili tədbir iştirakçılarının suallarını da geniş cavablandırıb. Konfransdan sonra Q.Paşayeva bir neçə macar tarixçisi ilə də görüşüb və geniş müzakirələr aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər