22 Avqust 2016 13:20
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa Makedoniya prezidenti George İvanovla görüşüb.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Makedoniyada təşkil edilən Gənc Liderlər Məktəbi çərçivəsində baş tutmuş görüşdə 2017-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

G.İvanov V Qlobal Bakı Forumunda, o cümlədən mərkəzin noyabrda Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniçin himayəsi ilə keçiriləcək 9-cu ali səviyyəli toplantısında da iştirak edəcəyini bildirib. Prezident G.İvanov rəhbərlik etdiyi Makedoniya Sivilizasiyalar Alyansı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin səmərəli olacağını vurğulayıb.

Qeyd edək ki, G.İvanov III və IV Qlobal Bakı Forumunda, həmçinin mərkəzin İtaliya, Bosniyada və Herseqovinada keçirilmiş ali səviyyəli toplantılarında iştirak edib. Bundan başqa, Makedoniya prezidentinin təşəbbüsü ilə həyata keçirilən Gənc Liderlər Məktəbi də artıq 3 ildir Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər