27 İyun 2014 11:06
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dövlət sifarişinin adambaşına maliyyə prinsipi üzərində qurulması ali təhsil müəssisələri arasında sağlam rəqabəti gücləndirib".

Trend xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Bakıda "Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin ilkin nəticələri və təhsil sistemində FARABİ layihəsinin tətbiqinin vəziyyəti və perspektivləri" mövzusunda keçirilən təqdimat mərasimində deyib.

Nazir qeyd edib ki, adambaşına maliyyələşmə ali təhsil müəssisələrində maliyyə muxtariyyətinin əsasını qoyub, müstəqil qərar qəbul etmə imkanı verib.

Onun sözlərinə görə, dövlət strategiyasında 5 əsas istiqamətdən biri dünyanın təhsil maliyyələşdirmə modelinin qurulmasını ehtiva edir.

M.Cabbarov bildirib ki, məqsəd ali təhsil müəssisələrinin daxili xərclər strukturunun optimallaşdırılmasıdır: "Aparılan islahatların mərkəzində tələbələr durur. Məqsəd onların təhsillərində keyfiyyətin səviyyəsinin qaldırılmasına nail olmaqdır".


Müəllif: