24 Avqust 2016 15:33
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də Almaniyada ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü olacaq.

Qeyri-rəsmi yığıncaqda ATƏT zonasında ümumi çağırışlar və quruma üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək.

Əsas diqqət böhran və münaqişələrin həlli, terrorizmə qarşı mübarizə, silahlanmaya nəzarət məsələlərində təşkilatın fəaliyyətinə yönələcək. Toplantı da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsi nəzərdə tutulur. Tədbir dekabrın əvvəlində Hamburqda keçiriləcək Almaniyanın ATƏT-ə sədrliyinin yekunu ilə bağlı quruma üzv ölkələrin xarici işlər nazirləri şurasının iclasına hazırlıq xarakteri daşıyır.


Müəllif:

Oxşar xəbərlər