25 Avqust 2016 15:38
1 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Qənirə Paşayeva Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahim, Makedoniya siyasətində aktiv rol oynayan TMBH baş katibi Ərdoğan Saraç və Bolqarıstanı Avropa Parlamentində təmsil edən millət vəkili İlhan Küçüklə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüş və fikir mübadiləsi zamanı millət vəkili Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumatlar verib.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, qondarma erməni soyqırımı yalanlarının və Azərbaycan həqiqətlərinin yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar.
Azərbaycanı çox sevdiklərini deyən E.İbrahim, Ə.Saraç və İ.Küçük Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər.

Onlar həmçinin Azərbaycanın da Makedoniya və Bolqarıstanda yaşayan türklərlə əməkdaşlığı daha da genişləndirəcəyinə inandıqlarını və bu istiqamətdə böyük imkanların olduğunu diqqətə çatdırıblar. Bu istiqamətdə konkret düşüncələr ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda Q.Paşayeva E.İbrahimə, Ə.Saraça və İ.Küçükə Azərbaycan həqiqətlərinə dair materiallar təqdim edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər